Argentina dünya çempionudur!

Argentina dünya çempionudur!

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı sona çatıb. Apasport.az saytının məlumatına görə, mötəbər turnirin ilk mükafatçısı İran olub.

Belə ki, 3-cü yer uğrunda matçda İran Portuqaliya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib.

Əvvəlcə Portuqaliya millisi Kardinalın bir dəqiqə ərzində vurduğu iki qolla hesabda önə keçib. Ancaq İran oyunda dönüş yarada bilib.

26-cı dəqiqədə Kazemi fərqi azaldıb. 36-cı dəqiqənin gedişində isə Cavid hesabda tarazlığı bərpa edib. Əsas və əlavə vaxtda başqa qol olmayınca qalibi müəyyən etmək üçün penalti seriyasına müraciət olunub.

Cənub qonşularımız daha dəqiq oynayaraq 4:3 hesablı qələbə qazanaraq bürünc medallara sahib olublar.

Bu matçdan  sonra isə mundialın final oyunu keçirilib. Kolumbiyanın Kali şəhərinin “Kolesio El Pueblo” arenasında baş tutan həlledici qarşılaşmada Rusiya yığması Argentina ilə oynayıb.

Möhtəşəm idman mübarizəsi şəraitində keçən görüşdə azarkeşlər düz 9 qola şahidlik ediblər. Hər iki tərəfin də zaman-zaman önə keçdiyi matçın yekununda Argentina yığması 5:4 hesablı qələbəyə sevinib və dünya çempionu olub.

Dünya çempionatı

3-cü yer uğrunda

İran – Portuqaliya – 2:2 (pen. – 4:3)

Qollar: Kazemi, 26, Cavid, 36 – Kardinal, 21, 21

Final

Rusiya - Argentina - 4:5

Qollar: Eder Lima, 15,23; 21,18, 39,41; Liskov, 38,56 - Vaporaki, 15,49; 38,19, Kuzzolino, 19,32, Brandi, 21,35; 22,33

0
10