İspaniyada kafedə partlayış: 70 nəfər yaralandı

İspaniyada kafedə partlayış: 70 nəfər yaralandı

İspaniyanın Malaqa şəhərindəki kafelərdən birində qaz sızması nəticəsində baş vermiş partlayış nəticəsində 70-dən çox adam yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində xəstəxanalara 70-dən çox şəxs yerləşdirilib, 4 nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. 

0
9