Türkiyə Suriyada ordudan istifadəyə dair mandatı uzatdı

Türkiyə Suriyada ordudan istifadəyə dair mandatı uzatdı

Türkiyə parlamenti İraq və Suriyada Silahlı Qüvvələrdən istifadəyə dair mandatın müddətini daha 13 ay uzadıb.

APA-nın xəbərinə görə, icazənin uzadılması məsələsinə bu gün parlamentin payız sessiyasının birinci iclasında baxılıb.

Qeyd edək ki, Türkiyə parlamenti 2014-cü ilin oktyabrında ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə bir illik icazə verib. Ötən ilin oktyabrında mandatın müddəti daha bir il uzadılmışdı.

0
11