Neft ucuzlaşdı

Neft ucuzlaşdı

Hərracların nəticələri.

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir. 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0.84% azalaraq 43.19 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.49% ucuzlaşaraq 40.07 dollar təşkil edib.

Qeyd edək ki, dünən səhər saatlarında, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 42,62 və 39,64 dollar təşkil etmişdi.

0
11