Rusiyanın Kemerovo şəhərində qəza: 7 nəfər ölüb

Rusiyanın Kemerovo şəhərində qəza: 7 nəfər ölüb

Rusiyanın Kemerovo şəhərində iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza “Sibir” avtomobil magistral yolunda baş verib.

“Peugeot 308” və “KIA Rio” markalı avtomobillərin toqquşması nəticəsində birinci avtomaşının sürücüsü və iki sərnişini, “KIA”-da isə 4 nəfər aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

“KIA”-nın daha bir ikiyaşlı sərnişini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

E.Ə.

0
15