Azərbaycanın yeni zirehli döyüş avtomobilləri – FOTO

Azərbaycanın yeni zirehli döyüş avtomobilləri – FOTO

Azərbaycan daha bir zirehli döyüş transportyorunun istehsalına başlayır.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, Azərbaycan-Kanada Birgə Müəssisəsi - AZCAN “ADEX 2016” beynəlxalq müdafiə sərgisində Azərbaycanda istehsal olunmaq və xaricdə satılmaq üçün yaradılmış flaqman tipli zirehli transportyoru (ZTR) nümayiş etdirib.

AzCan “Sentry” şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, avtomobildə müxtəlif silahlar quraşdırmaq mümkündür. Avtomobilin çəkisi 17 tondur.

Tank əleyhinə mina partlayışına davamlı olan zirehli transportyor 20 kilometr məsafədə hərəkəti tutur və müəyyən edir. Zirehli avtomobil iki modeldə istehsal ediləcək.

Avtomobil üzərində quraşdırılan pulemyot hədəfi müəyyənləşdirərək 2000 metrdə nişan alıb avtomatik atəş açmaq qabiliyyətinə malikdir.

AzCan “Huron” və “Sentry” zirehli transportyorlarının digər göstəriciləri aşağıdakı kimidir:

AzCan “Huron”

- Heyət: 16 nəfər.

- Gücü: 305 a.g.

- Mühərrik 8.3 l Dizel.

AzCan “Sentry”

- Heyət: 8 nəfər.

- Gücü: 362 a.g.

- Mühərrik: 6.7 l Dizel V8.

AZCAN-ın baş direktoru Roman Şimonov bildirib ki, təqdim edilən flaqman tipli ZTR Azərbaycanda istehsal ediləcək və dünyanın bütün ölkələrində satışa çıxarılacaq.

Qeyd edək ki, AZCAN təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisədir. Şirkət 2016-cı ilin sonundan Azərbaycanda fəaliyyətə başlayacaq.

S.B.

0
7