Dövlət Departamenti: ABŞ Krım Tatar Məclisinin qadağan edilməsi ilə bağlı qərarı tanımayacaq

Dövlət Departamenti: ABŞ Krım Tatar Məclisinin qadağan edilməsi ilə bağlı qərarı tanımayacaq

ABŞ Krım Tatar Məclisinin qadağan edilməsi ilə bağlı Rusiya Ali Məhkəməsinin qərarını tanımayacaq.

Oxu.Az “112 Ukrayna” telekanalına istinadən xəbər verir ki, bu barədə BŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

“Biz Krım Tatar Məclisinin ekstremist təşkilatı kimi göstərilməsini rədd edirik və bu demokratik qurumun fəaliyyətinə qadağa qoyulmasını pisləyirik. Krımın işğalı davam etdikcə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Rusiya Krımı Ukraynaya qaytarmalıdır”, - M.Toner bildirib.

Xatırladaq ki, sentyabrın 29-da Rusiya Ali Məhkəməsi Krım Tatar Məclisinin radikal təşkilat kimi tanınması və Rusiyada qadağan olunmasına dair Krım Ali Məhkəməsinin qərarını təsdiqləyib.

N.O.

0
10