Britaniyalı boksçu Mayk Touell nokautdan sonra öldü

Britaniyalı boksçu Mayk Touell nokautdan sonra öldü

Şotlandiyadan olan boksçu Mayk Touell döyüş zamanı aldığı zədələrdən keçinib.

Oxu.Az “The Daily Mail”-a istinadən xəbər verir ki, orta çəkidə Mayk Touell və Deyl Evans arasında Böyük Britaniya çempionu titulu uğrunda döyüş sentyabrın 29-da Qlazqoda keçirilib.

Peşəkar rinqdə indiyə qədər bir dəfə də olsun məğlub olmayan (1 heç-heçə olmaqla 11 qələbə) 25 yaşlı Touell görüşün 5-ci raundunda ağır nokauta düşüb və rinqi xərəkdə tərk edib, daha sonra xəstəxanaya aparılıb.

Boksçu süni nəfəs aparatına qoşulub. Şənbə günü idmançı dünyasını dəyişib.

N.O.

0
9