Maliyyə Palatası: Əmanətlərin Sığortalanması Fondu yetərli vəsaitə malik deyil

Maliyyə Palatası: Əmanətlərin Sığortalanması Fondu yetərli vəsaitə malik deyil

“Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu məbləğdə (“Bank Standard” əmanətçilərinə - red.) kompensasiyaları ödəmək üçün yetərli vəsaitə malik deyil”.

Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı cümə günü keçirilən mətbuat konfransında jurnalistlərə deyib.

Onun sözlərinə görə, ADİF-in lizsenziyası ləğv edilən bankın əmanətçilərinə kompensasiyaları ödəmək üçün vəsaiti olmadıqda Mərkəzi Bank Fonda vəsait ayıracaq:

“Əmanətlərin Sığortalanması Haqqında qanuna görə, Fondun qorunan əmanətlər üzrə kompensasiya ödəmək üçün vəsaitləri olmadıqda, Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət zəmanəti ilə Fonda kreditlər verir.

Bu kreditin şərti, müddəti və s. bu artıq tərəflər arasında razılaşdırılır. AMB manat emissiya edir. Mərkəzi Bank manat emissiya etdiyinə görə, Fonda vəsaitləri manatda verəcək. Amma əmanətlər əsasən xarici valyutada olduğuna görə, Fond bazardan xarici valyutanı həmin Mərkəzi Bankdan aldığı manatın müqabilində almalıdır”.

Qeyd edək ki, bütövlükdə “Bank Standard”da hesaba malik olan fiziki şəxslərin sayı 260 mindən artıqdır.

Ülviyyə R. Əli

0
11