Həbsxanadan 470 məhbus qaçdı

Həbsxanadan 470 məhbus qaçdı

Braziliyanın San-Paulu şəhərində həbsxanadan 470 məhbus qaçıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 200 məhbusun cəzaçəkmə müəssisəsindən qaçdığı bildirilirdi.

Məlumata görə, qiyam qaldıran məhbuslar həbsxanada yanğın da törədiblər.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 338 məhbus yaxalanıb, digərlərinin axtarışı davam etdirilir.

0
12