ABŞ-da Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıldı

ABŞ-da Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıldı

Bakı-APA.  2001-ci ilin 11 sentyabrında terrorçuların hücumu nəticəsində Pentaqonda həyatını itirən hərbçinin həyat yoldaşı  Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb.

APA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata görə, Stefani Ross Vaşinqton şəhər məhkəməsinə iddia ərizəsi təqdim edib. Sənəddə qeyd olunur ki, Səudiyyə Ərəbistanı hökuməti  “Əl-Qaidə” terror təşkilatı və onun rəhbəri Usamə ben Ladenə dəstək verib.

Qeyd edək ki, sentyabrın 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanın Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı iddia qaldırılmasına icazə verən qanuna tətbiq etdiyi vetonu ləğv edib.

Xatırladaq ki, bu ilin mayında ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları ilə əlaqədar Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib.

0
16