İstanbulda böyük əməliyyat

İstanbulda böyük əməliyyat

İstanbulun 39 rayonunda əməliyyat keçirilir.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, əməliyyata müxtəlif güc strukturlarının 5 mindən çox əməkdaşı qatılıb.

Genişmiqyaslı reyd terror, narkotik və mütəşəkkil cinayətkarlıqla bağlı keçirilir.

Şəhərdə şübhəli maşın və şəxslər saxlanılır. Əməliyyata havadan helikopterlər  dəstək verir. Əməliyyata İstanbul polisinin Təhlükəsizlik Müdiri Mustafa Çalışqan rəhbərlik edir.

0
12