Həftənin ən yaxşı futbolçuları bəlli oldu

Həftənin ən yaxşı futbolçuları bəlli oldu

UEFA Avropa Liqasında və Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Beşiktaş"ın hücumçusu Rikardo Kuarejma qitənin bir nömrəli klub turnirində həftənin ən yaxşı oyunçu seçilib. O, səslərin 41 faizini toplayıb.

İkinci dərəcəli turnirin də ən yaxşısı türk klubunun üzvü olub. “Fənərbaxça”lı Cermeyn Lens də azarkeşlərin etimadını qazanıb.

Qeyd edək ki, R.Kuaejma Çempionlar Liqasının ikinci turunda "Dinamo"ya (Kiyev) qarşı matçda (1:1) komandasının qolunu vurub, Lens isə “Feyenord”la görüşdə “Fənərbaxça”nın ən fəal futbolçularından biri olub.

0
15