Məşhur futbolçu ölüm ayağında- FOTO

Məşhur futbolçu ölüm ayağında- FOTO

Məşhur xorvatiyalı futbolçu İvan Klasniç ölüm-qalıb mübarizəsi aparır. Apasport.az saytının məlumatına görə, keçmiş hücumçu böyrək çatışmazlığından əziyyət çəkir.

Daha əvvəl iki dəfə - 2006 və 2007-ci illərdə ata və anasının böyrəyi köçürülən futbolçunun vücudu bu nəqli dəstəkləməmişdi. Hazırda Almaniyada, Hamburq şəhərində xəstəxanaların birində həftədə 3 dəfə dializə gedən Klasniç uyğun orqan tapılana qədər bu şəkildə həyatına davam edəcək.

Növbəyə yazılmış oyunçunun əgər xüsusi bir istək olmasa, ən yaxşı halda 7 il sonra istəyinə çata biləcəyi bildirilib.

Qeyd edək ki, 2013-cü ildə “Maynz”da karyerasını başa vuran Klasniçin əsas məşhurluğu “Verder Bremen”də olub. O, ümumilikdə 450 oyuna çıxıb, 150 qol vurub və 63 dəfə də məhsuldar ötürmə verib.

0
17