Çinli valideynlərini və 17 qonşusunu öldürdü

Çinli valideynlərini və 17 qonşusunu öldürdü

Çinin Yunnan vialyətinin 27 yaşlı sakini Yan Çinpey valideynlərini və 17 qonşusunu öldürdüyünü etiraf edib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Çinpey cümə axşamı, sentyabrın 29-da, cinayət yerindən 200 km aralı yerləşən Kunmin şəhərində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Çinpey Kunmin şəhərində işləyirdi və hərdən doğma Yema kəndinə gəlirdi. Sonuncu dəfə o çərşənbə günü, sentyabrın 28-də, kəndə qonaq gəlib və valideynlərinin evində gecələməyə qalıb.

Axşam saatlarında Çinpey valideynləri ilə pul üstündə mübahisə edib. Mübahisə zamanı o atasını və anasını öldürüb.

“Valideynlərini qətlə yetirdikdən sonra, o cinayətin üstünün açılmasından həyacanlanıb və qonşuluqda yaşayan daha 17 nəfəri öldürüb”, - Sinxua agentliyi polisin bəyanatından sitat gətirir.

Qeyd olunur ki, qətlə yetirilən şəxslərdən dördü azyaşlıdır.

S.B.

0
13