İlham Əliyevdən 10 milyonluq – SƏRƏNCAM

İlham Əliyevdən 10 milyonluq – SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin təşkili üçün Prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlamaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

S.B.

0
12