Şimon Peres dəfn edildi - YENİLƏNİB

Şimon Peres dəfn edildi - YENİLƏNİB

Şimon Peres dəfn edilib. 

APA-nın məlumatına görə, Ş. Peres Yerusəlimdə Baş Milli Qəbiristanlıqda torpağa tapşırılıb.

***

11:23

Bu gün İsrail dövlətinin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimi keçirilir.

Lent.az-ın CNN.com-a istinadən məlumatına görə, dəfn mərasimində bir çox dövlət xadimləri və ölkə liderləri də iştirak edir.

Onların arasında ABŞ prezidenti Barak Obama, Fələstin Hökumətinin prezidenti Mahmud Abbas, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Misirin xarici işlər naziri Sameh Shoukry, İngiltərə Şahzadəsi Charles, Uels şahzadəsi və Almaniya, Fransa prezidentləri də iştirak edir.

Toqo, Meksika, Litva Serbiya və Rumıniya prezidentləri,  NATO baş katibi, Lüksemburqun Böyük Hersoqunun da gəlişi gözlənilir.

Ancaq gələcək qonaqlar siyahısında Ərəb ölkələrinin liderlərinin adlarının olmaması da diqqət çəkir. Morokko isə nümayəndəsini göndərəcək.

0
11