Əmrə Mor Ronaldo ilə şəklini telefonuna yapışdırıb - FOTO

Əmrə Mor Ronaldo ilə şəklini telefonuna yapışdırıb - FOTO

Almaniyanın “Borussia Dortmund” klubunun və Türkiyə milli komandasının futbolçusu Əmrə Mor "Real Madrid"in ulduzu Kristiano Ronaldo ilə birgə şəklini telefonunun arxasına yapışdırıb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 19 yaşlı tanınmış futbolçu bir neçə gün öncə “Real Madrid”lə UEFA Çempionlar Liqası oyunu bitdəndən sonra portuqaliyalı ulduzla çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.

O şəklə “Xəyal qurma, xəyalını yaşa. Mənə hər gün həvəs verən hər kəsə təşəkkür edirəm”, şərhini yazıb.

0
8