Türkiyənin ən böyük media holdinqinin rəhbəri istefa verib

Türkiyənin ən böyük media holdinqinin rəhbəri istefa verib

Türkiyənin ən böyük media holdinqi olan Doğan Yayın Holdingin rəhbəri Mehmet Ali Yalçındağ vəzifəsindən istefa verib.

Lent.az-ın “Sözcü”yə istinadən məlumatına görə, istefası ilə bağlı yazılı açıqlama yayan Yalçındağ “şəxsimə yönəlmiş ittihamların “Doğan” qrupunun etibarı və nüfuzuna heç bir zərər verməməsi məqsədi üçün bu gündən  etibarən vəzifədən getmək qərarı vermişəm” deyib.

Qeyd edək ki, Türkiyənin haker qruplarından olan "RedHack" M.A.Yalçındağa aid olduğunu iddia etdikləri bir sıra internet məktubu yayıb. Məktublarda Yalçındağ Türkiyə hökumətinin üzvü, prezident Ərdoğanın kürəkəni Bərat Albayrakla yazışır. O, holdinqin Ankara təmsilçisinin işdən çıxarılması və digər bir neçə məsələ ilə bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri, həmçinin, prezident ailəsinin üzvünə hesabat xarakterli fikirlər yazır.

Yalçındağ yazışmaların ona məxsus olmadığını, təhrif edildiklərini bəyan edib.

0
9