Nəqliyyat vasitələrinin idarə edilməsində yeni qaydalar

Nəqliyyat vasitələrinin idarə edilməsində yeni qaydalar

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, layihə haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan (“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), tramvayları, trolleybusları idarəetmə hüququ 21 yaşdan, ”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

E.Ə.

0
10