“Səhnədə keçən ömür”: Yaşar Nuri - 65

“Səhnədə keçən ömür”: Yaşar Nuri - 65

Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq artisti Yaşar Nurinin xatirəsinə həsr olunmuş “Səhnədə keçən ömür” adlı tədbir keçirilib.

İdarədən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev və digərləri iştirak ediblər.

Sənətkarın yaxınları və sənət dostlarının qatıldığı tədbirdə əvvəlcə Xalq artistinin həyat və yaradıcılığından söhbət açılıb.

Daha sonra Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva onunla bağlı xatirələrini bölüşüblər.

Sonda iştirakçılar aktyorun xatirəsinə həsr edilmiş sərgi ilə tanış olublar.

A.S.

0
53