Aleksandr Karelin Rasul Çunayevi tənqid etdi

Aleksandr Karelin Rasul Çunayevi tənqid etdi

Yunan-Roma güləşi üzrə üçqat olimpiya çempionu Aleksandr Karelin Azərbaycan güləşçilərinin 9 mükafat qazandıqları Rioda keçirilən Olimpiadada çıxışlarına dair fikir bildirib.

“Azərbaycan yığmasının potensialını yüksək qiymətləndirirəm. Hələ sovet dövründə işləyən məşqçi kadrların olmasına baxmayaraq, federasiyanın işi ümumilikdə yeni istiqamətdə aparılır, müasir zamana uyğunlaşdırılıb. Azərbaycan dövləti idmanda irəliləyiş və milli maraqlarını (milli sağlamlığı nəzərdə tuturam), daxili məsələlərin həllini görür. Rioda qazanılan qələbə münasibəti ilə onları təbrik edirəm”, - Karelin qeyd edib.

Bu barədə Oxu.Az “Moskva-Baku”ya istinadən xəbər verir.

O, həmçinin 66 kq çəki dərəcəsində üçüncü olan Rasul Çunayevin çıxışına dair fikir bildirib.

“Mən azərbaycanlı güləşçilərdən birinin Olimpiadaya yaxın çəki kateqoriyasını dəyişmək qərarını xatırlatmaq istərdim. O, əvvəllər 71 kq çəki kateqoriyasında çıxış edirdi və ümumilikdə uğurlu çıxış edirdi, amma 66 kq çəki kateqoriyasına dəyişdi və uduzmağa başladı. Güləşçilərin geri hərəkət etmələrini səhv hesab edirəm. Çəki ilə birgə qüvvə də gedir, o, olimpiadaqabağı gəncləşmədi.

Bu, təəssüf ki, tez-tez rast gəlinən səhvdir. Amma azərbaycanlı güləşçilər xarakterikdirlər, iradə nümayiş etdirirlər. Ona görə də hesab edirəm ki, psixoloji olaraq onlar Rioda oyunlar zamanı hər şeyin öhdəsindən gəlirdilər və bundan sonra da hər şeyin öhdəsindən gələcəklər”.

E.Ə.

www.oxu.az

0
8