Rusiyada azərbaycanlı həkimi vəhşicəsinə döydülər - YENİLƏNİB + FOTO

Rusiyada azərbaycanlı həkimi vəhşicəsinə döydülər - YENİLƏNİB + FOTO

Hüquq-mühafizəçilər hücum edən şəxsləri axtarır.

Rusiyada naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülərək ağır xəsarətlər almış Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu cərrahiyyə şöbəsinin aparıcı elmi əməkdaşı, göz cərrahı Emin Usubovun şəxsiyyəti ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu.Az xəbər verir ki, zərərçəkənin yaxınlarının virtualaz.org saytının Şirvan bürosuna verdikləri məlumata görə, Emin əslən Salyan şəhərindəndir.Ufada 2002-ci ildən yaşayır.

Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitununda aspiranturiya qəbul olunub və orada dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsi alıb.

O, rus millətindən olan xanımla ailə qurub, 8 yaşlı bir qızı da var. İşlədiyi müddətdə böyük elmi uğurlar qazanmış Emin Usubov 4 patentin müəllifidir.

Həkim yoldaşları Emini həm də xeyirxah bir insan kimi tanıdıqlarını deyərək, onun kiməsə nədəsə pislik etdiyini ağıllarına gətirə bilmədiklərini bildiriblər.

Artıq həkimin Bakıda yaşayan valideynləri ağır vəziyyətdə olan övladlarının yanındadırlar.

16:50

Ufada naməlum şəxslər Ufa göz xəstəlikləri Elmi-tədqiqat institutunda göz bülluru və qişasının cərrahiyyəsi şöbəsində işləyən 35 yaşlı göz həkimini döyüblər. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizəçiləri zərərçəkənə hücum edildiyini və ağır travma və xəsarətlər yetirildiyini müəyyənləşdiriblər. 

Hazırda Ufanın xəstəxanalarından birində yerləşdirilən cərrahın vəziyyəti çox ağırdır. 

Zərərçəkən kişidə gicgah sümüyü, aşağı çənə və burunda çoxsaylı sınıqlar qeydə alınıb. 

Zərərçəkən uzun zamandır ki, Ufada yaşayır, əslən isə Azərbaycandandır. İş yerində onlarla elmi işin müəllifi və dörd ixtiranı patentləşdirmişdir. Onu yüksək səviyyəli cərrah kimi xarakterizə ediblər. 

Hüquq-mühafizəçilər hücum edən şəxsləri axtarır, hadisənin təfərrüatları aydınlaşdırılır, lazımi əməliyyat tədbirləri həyata keçirilir.

0
39