Kirbi rusiyalı jurnalistə qəzəbləndi

Kirbi rusiyalı jurnalistə qəzəbləndi

Rusiyada mümkün terror aktlarına dair danışıqdan sonra ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi rusiyalı jurnalistə qəzəblənib.

Oxu.Az bu barədə HТB-yə istinadən xəbər verir.

Xatırladaq ki, sentyabrın 29-da Kirbi qeyd edib ki, Moskvanın Suriyadakı əməliyyatının nəticəsi Rusiya şəhərlərinə hücumları, Suriyada hərbi kontingentin itkilərinin artması ola bilər.

Bu bəyanatdan sonra RT jurnalisti Qayane Çiçikyan Kirbiyə “ABŞ nəyə görə müxalifət qruplaşmalarına təsir edə bilmir və onları atəşkəsə riayət etməyə məcbur etmir?” sualı ilə müraciət edib.

Bu cənab Kirbinin qəzəbinə səbəb olub.

Con Kirbi: “Mən bu qəbildən olan sualları öz hökumətinizə verdiyinizi görmək istərdim. RT heç bir zaman bunu etmir. Siz öz hökumətinizi məzəmmət etmirsiz, ona görə də...”.

Qayane Çiçikyan: “Mən belə edirəm. Birinci suala qayıdaq. Siz mənə hücum etməklə sualdan yayınmaq istəyirsiniz. Siz əvvəllər də belə etmisiz”.

Con Kirbi: “Xeyr, xeyr, mən hücum etmirəm”.

N.O.

0
6