ATV-nin aparıcısından efirdə yaranmış problemlə bağlı açıqlama

ATV-nin aparıcısından efirdə yaranmış problemlə bağlı açıqlama

ATV telekanalının aparıcısı Ceyhun Səfər dünən televiziyanın xəbərlər proqramında yaranmış texniki qüsurla bağlı sosial şəbəkədə açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, teleaparıcı bunun qaçılmaz olduğunu və istənilən telekanalın efirində baş verə biləcəyini vurğulayıb.

“Dostlar, dünən ATV-nin saat 20:30 buraxılışında baş verən texniki qüsur hər bir kanalda ola bilər. Bu, qaçılmaz hadisədir. Sığortalanmaq olmaz. Bu heç də yazıldığı kimi, “tilsim”ə düşmək deyil. Gördüyünüz bu efir heyətimizlə istənilən texniki qüsura qalib gələ bilərik. Amma bir daha tamaşaçılara təşəkkür edirəm. Çünki daim izlədikləri kanalda xırda bir nasazlıq onları da narahat edir, dərhal maraqlandırır. ATV-yə baxıldıqca, baxılır. Efirdə texniki qüsur olsa belə. Gələn efirlərimizdə görüşənədək.

Bu gün saat 18:00-da da görüşünüzə gələcəm. Siz kanalı dəyişməyin. Çünki dünən baxa bilmədikləriniz bu gün sizin TV-nin ekranına gələcək. Çox sağ olun!”, - deyə C.Səfər yazıb.

A.S.

0
6