Mübariz Qurbanlı: Azərbaycanda FETÖ-nün ideoloji əsasları yoxdur

Mübariz Qurbanlı: Azərbaycanda FETÖ-nün ideoloji əsasları yoxdur

“Azərbaycanda Fətullahçı Terror Təşkilatının ideoloji əsasları yoxdur”.

Oxu.Az-ın xəbərinə görə, bunu Report-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Azərbaycanda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan mübarizəyə toxunan Dövlət Komitəsinin sədri qeyd edib ki, bu məsələ hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

“Əgər bu və ya digər formada Fətullah Gülənin ideologiyasını daşıyanlar varsa da, hüquq-mühafizə orqanları onların qarşısını alır. Onların aşkara çıxarılması hüquq-mühafizə orqanları tərəfindən çox uğurla həyata keçirilir. Biz yalnız təbliğat-təşviqat işləri aparırıq”, - deyə M.Qurbanlı bildirib.

N.O.

0
6