UEFA prezidenti: Azərbaycanın avrokubok finalı keçirmə şansı var

UEFA prezidenti: Azərbaycanın avrokubok finalı keçirmə şansı var

“Bu cür tədbirlərin keçirilməsi futbolun inkişafına böyük kömək göstərir. “Avro-2020”-nin oyunları Bakıda da keçiriləcək. Azərbaycan da final mərhələsinə vəsiqə qazansa, yaxşı olar”.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, bunu Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksander Çeferin jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, “Avro-2020” üçün hazırlanan loqonu çox bəyəndiyini bildirib: “Loqonun arxasındakı ideya millətləri birləşdirir”.

A.Çeferin Bakının futbol infrastrukturu barədə də fikirlərini bildirib: “24 saatdan azdır ki, Bakıdayam. Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Gözəl görüntüsü var, çox gözəl stadiondur. Dünən “Qəbələ” – “Maynts” görüşünü izlədim. Həmin arena da gözəldir”.

UEFA prezidenti Avropa kuboklarının final matçının Bakıda keçirilmə ehtimalından da danışıb. O bildirib ki, bunun üçün yerli assosiasiya tərəfindən müraciət olmalıdır:

“Ən yaxşı təkliflər qəbul edilir. Bu məsələ UEFA tərəfindən geniş müzakirə olunur. Düşünürəm ki, Azərbaycanın da şansı var”.

N.O.

0
10