“Fitch”dən OPEK-in qərarı ilə bağlı – AÇIQLAMA

“Fitch”dən OPEK-in qərarı ilə bağlı – AÇIQLAMA

“Neftin qiymətlərində qəfil sıçrayış gözlənilmir”.

OPEK üzvlərinin Əlcəzairdə hasilatın azaldılması ilə bağlı qəbul etdiyi qeyri-formal qərar neftin qiymətinə müsbət təsir edəcək, lakin kotirovkaların qəfil sıçrayışına səbəb olmayacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Agentliyin analitikləri hesab edir ki, qəbul olunan qərar kartelə üzv olan ölkələrin koordinasiyalı şəkildə işləmək bacarığını nümayiş etdirir, lakin qərar ümumilikdə simvolik xarakter daşıyır:

“Bizim gözləntilərimizə görə, gələn il bazarda tələb və təklif arasında balans yaranacaq. OPEK-in qərarı bazarda defisitin yaranması şanslarını artırır. Lakin mövcud ehtiyatların normallaşdırılması üçün azalma kifayət etməyə bilər”.

Qeyd edək ki, OPEK üzvləri Əlcəzairdə keçirilən görüşdə sutkalıq neft hasilatının 32,5 - 33 milyon barel səviyyəsinədək azaldılması ilə bağlı qərar qəbul edib.

U.A.

0
7