Bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənişi davam edir

Bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənişi davam edir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan Oxu.Az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 261 milyon 402 min manat ödənilib.

“Parabank” ASC-nin qorunan əmanətçiləri 32 milyon 57 min manat, “Zaminbank” ASC - 49 milyon 400 min manat, “Kredobank” ASC - 7 milyon 181 min manat kompensasiya alıblar.

Bundan başqa, “Dekabank” - 2 milyon 772 min manat, “Atrabank” - 13 milyon 282 min manat, “Qafqaz İnkişaf Bankı” - 1 milyon 699 min manat, “Bank of Azerbaijan” - 24 milyon 91 min manat, “Gəncəbank” - 926 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 878 min manat kompensasiya ödənilib.

U.A.

0
9