Azərbaycanlı müğənni ikinci həyat yoldaşı haqda: "Yaşın az, ağlın böyükdür"

Azərbaycanlı müğənni ikinci həyat yoldaşı haqda: "Yaşın az, ağlın böyükdür"

Azərbaycanlı müğənni Rəvan Qarayev şəxsi həyatı barədə açıqlama verib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, iki dəfə ailə qurub. 


İkinci həyat yoldaşının və ilk xanımından dünyaya gələn qızının şəklini paylaşan sənətçi bu sözləri yazıb: “Mənim iki gözəlim: Günayım və Ayanım. Günay, sən mənim gözəl qəlblimsən. Bəylər ikinci dəfə ailə quranda xanım əvvəlki ailəsindən olan uşaqları qəbul etmir, incidir, ya da qəlbini qırır. Ərindən uzaq tutmağa çalışır. Amma sən belə deyilsən. Sən Ayanı heç vaxt ailəmizdən ayırmadın. Hər zaman deyirsən ki, mənim iki qızım var. Xalidəni Ayansız heç yerə aparmırsan, onun hər nazını çəkirsən, onu sevindirmək üçün hər şey edirsən, ona doğma ana qayğısı göstərirsən. Ayan özünü xoşbəxt hiss etsin deyə, çox şeyə göz yumur, mənə dəstək olursan. Sənin yaşın çox azdır, amma həyata baxışın, xanımlığın, ağlın böyükdür”.

0
10