Azərbaycanlı hakim Tottini cəzalandırdı

Azərbaycanlı hakim Tottini cəzalandırdı

“Qəbələ” və “Qarabağ” matçlarından başqa, Azərbaycan futbol sevərlərin diqqəti İtaliyanın “Roma” və Rumıniyanın “Astra” komandalarının oyununa yönəlmişdi.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu görüşə Əliyar Ağayevin başçılıq etdiyi briqada hakimlik edirdi. İkinci dəfə idi ki, bizim hakimlərdən ibarət briqada Avropa Liqasının qrup mərhələsində işləyirdi. İlk dəfə bir il öncə qrup mərhələsində də hakim Əliyar Ağayev çalışırdı.

Romada matç zamanı Əliyar Ağayev oyunçulara sarı vərəqə göstərib. İlk vərəqə oyunun 30-cu dəqiqəsində “Roma”nın və İtaliya futbolunun canlı əfsanəsi - Françesko Tottiyə göstərilib.

Oyun “E” qrupunda 4 xal ilə liderlik edən “Roma”nın xeyrinə - 4:0 hesabı ilə başa çatıb.

E.Ə.

0
10