Şimon Peres qubalı milyarderdən niyə üzr istəyib? – BRİLYANT MƏSƏLƏSİ

Şimon Peres qubalı milyarderdən niyə üzr istəyib? – BRİLYANT MƏSƏLƏSİ

Rusiya mətbuatında əslən Qubadan olan milyarder Qod Nisanov haqda maraqlı məlumat yayılıb. Lent.az-ın Rusiyanın “Versiya” qəzetinə istinadən məlumatına görə, Qod və onun biznes şəriki Zarax İliyevin İsrail dövlət başçıları ilə sıcaq münasibətləri olub. Qəzetin hər iki iş adamına həsr etdiyi yazıda Nisanovla bağlı maraqlı məqam açıqlanıb. Sən demə, 2013-cü ildə Nisanov Təl-Əvivin “Ben Qruion” hava limanından Moskvaya uçarkən gömrükçülər onun üzərində deklarasiya olunmamış  brilyant sırğa aşkarlayıblar. Nisanovu sərhəddə saxlayan gömrükçülər ondan izahat tələb ediblər.

Milyarder isə İsrailin yüksək dairələri ilə təcili təmasa çıxıb. Nəticədə onu şəxsən o vaxtkı İsrail prezidenti Şimon Peres qəbul edib. Peres baş verənlərdən təəssüf etdiyini deyib və üzrxahlığını bildirib.

0
16