Maliyyə Palatası yeni internet saytını istifadəyə verdi

Maliyyə Palatası yeni internet saytını istifadəyə verdi

Saytın informasiya təhlükəsizliyi yüksək səviyyədə qorunur.Maliyyə Bazarlarına Nəzarət Palatası www.fimsa.az rəsmi internet səhifəsini istifadəyə verib.

Palatadan Oxu.Az-a verilən məlumata görə, rəsmi internet səhifəsi iki - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Belə ki, səhifə vasitəsilə istifadəçilər kredit təşkilatları, sığorta və kapital bazarları üzrə reyestrdəki dolğun məlumatlarla tanış ola bilərlər.

Palatadan bildirilib ki, yaxın zamanda istehlakçıların istifadəsinə veriləcək elektron müraciət xidməti vasitəsilə istehlakçılar rahat şəkildə istənilən kredit təşkilatı (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), ödəniş sistemləri və sığorta sektoruna dair şikayət və təkliflərini Palataya ünvanlaya biləcəklər.

Qeyd edək ki, internet səhifənin proqram təminatı və informasiya təhlükəsizliyi ən yüksək səviyyədə qorunur.

U.A.

0
10