Nazir müavini: Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəqlində maraqlıyıq

Nazir müavini: Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəqlində maraqlıyıq

“Azərbaycan Bolqarıstanın etibarlı starteji tərəfdaşıdır. Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəqlində maraqlıyıq”.

Oxu.Az-a Energetika Nazirliyindən verilən məlumata görə, bu sözləri Azərbaycan energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə Bolqarıstan energetika nazirinin müavini Jeçko Stankov deyib.

O, enerji diversifikasiyasının vacibliyi, Bolqarıstanın tranzit imkanları və enerji sahəsində həyata keçiriləcək yeni layihələr, eləcə də dəyəri 1,4-15 mlrd. avro civarında olan “Balkan” qazpaylayıcı mərkəzinin yaradılması perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Bolqarıstanın Cənub Qaz Dəhlizinə qoşulması istiqamətində IGB (Interconnector Greece-Bulgaria) interkonnektorunun tikintisi, SOCAR-ın “Bulqartransqaz” və “Bulqarqaz” şirkətləri ilə əməkdaşlığı mühüm addımlar kimi qiymətləndirilib.

Qonaqlara Avropaya qaz tədarükünün şaxələnməsində əhəmiyyətli rola malik “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı son məlumatlar çatdırılıb.

U.A.

0
13