Dollar və avro ucuzlaşdı

Dollar və avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 29-u ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6211 manat olub.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8250 manatdan 1,8187 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 29-u ilə müqayisədə 0,0258 manatdan 0,0257 manata düşüb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5451 manatdan 0,5398 manatadək ucuzlaşıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1158 manatdan 2,1026 manata düşüb.

U.A.

0
9