Kerri: Qarabağ münaqişəsinin həlli hazırda mümkün deyil

Kerri: Qarabağ münaqişəsinin həlli hazırda mümkün deyil

Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil.

Oxu.Az xəbər verir ki, bu bəyanatla ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edib.

Kerri hesab edir ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan münaqişənin aradan qaldırılması üçün şərait hələ yaranmayıb.

Onun sözlərinə görə, “bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların “hazırda” nizamlanma mümkünlüyü nəzərdən keçirilmir, “ilk öncə ona görə ki, liderlər buna hazır deyillər”.

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr “mürəkkəbdir, lakin onları keçmişdə buraxmağın üsullarını görmək mümkündür, əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə”.

N.O.

0
12