Rusiyada şəhər meri silahlı soyğunçuluğa görə həbs edildi

Rusiyada şəhər meri silahlı soyğunçuluğa görə həbs edildi

Rusiyanın Sankt Peterburq şəhəri yaxınlığında yerləşən Kolpino şəhərinin icra başçısı Vadim İvanov 2003-cü ildə törətdiyi soyğunçuluğa görə bir ay müddətinə həbs olunub.  

APA-nın “FlashNord”a istinadən verdiyi xəbərə görə, bu barədə Sankt Peterburqun Oktyabr Rayon Məhkəməsindən bildirilib.

İstintaq materiallarına əsasən,  Vadim İvanov 2003-cü ilin oktyabrın 4-də yaşayış binalarından birinin girişində qadına tapança ilə hədə-qorxu gələrək xəsarətlər yetirib,  1,4 mln. rubl məbləğində (50 min dollar) pulunu əlindən alaraq, hadisə yerini tərk edib.  

Bundan əvvəl  Vadim İvanov həmin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdı.

0
11