Məmurların “WhatsApp”, “Viber” və “Telegram”-dan istifadəsinə qadağa

Məmurların “WhatsApp”, “Viber” və “Telegram”-dan istifadəsinə qadağa

Rusiya məmurlarına  “WhatsApp”, “Viber” və “Telegram” kimi sertifikatlaşdırılmamış kommunikasiya əlavələrindən  istifadə etmək qadağa qoyulacaq. Qayda pozucularına qarşı vəzifədən kənarlaşdırılma da daxil olmaqla, intizam cəzası tətbiq ediləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Məlumata görə, qeyd olunan məsələni nizamlayacaq normativ aktların hazırlanmasına görə məsuliyyət Federal Təhlükəsizlik Xidmətinin üzərinə qoyulacaq.

Sənədin 2017-ci ilin birinci rübünün sonunadək hazırlanacağı gözlənilir.   

Qadağa məmurların şəxsi məsələlərinin populyar messencerlər vasitəsilə müzakirəsinə şamil edilməyəcək.

0
12