Dərman çatışmazlığından azı 17 uşaq öldü

Dərman çatışmazlığından azı 17 uşaq öldü

Venesuelada lazımi dərman preparatlarının çatışmazlığı səbəbindən difteriyadan azı 17 uşaq ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin sağlamlıq məsələləri alt komitəsinin rəhbəri Xose Manuel Olivares bildirib.

“Bu epidemiyadır, hökumət isə susur, bizim vəzifəmiz isə həyəcan təbili çalmaqdır”, - deyə Olivares parlamentdə bildirib.

Onun sözlərinə görə, məhz lazımi dərman preparatlarının çatışmazlığı uşaqların ölümünə səbəb olub: “Difteriyanı adekvat şəkildə müalicə etmədikdə uşaqlar üçün ölümcül xəstəlikdir”.

Uşaqlar arasında difteriyadan ölüm halları, əsasən, Bolivar ştatının iki yaşayış məntəqəsində qeydə alınıb.

0
13