Koalisiya yenə fərqləndi: 8 dinc sakin öldü

Koalisiya yenə fərqləndi: 8 dinc sakin öldü

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq ərəb koalisiyasının Yəmənin şimalına endirdiyi iki aviazərbə nəticəsində 8 dinc sakin ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Frans Press”ə yerli rəsmi qurumlardan bildirilib.

Məlumata görə, zərbələrdən birinin hədəfi Razah şəhərində  mülki avtomobil olub.   Nəticədə 5 nəfər ölüb. İkinci zərbə Şadeh şəhərinə endirilib, nəticədə 3 mülki şəxs öleb.

0
16