2017-ci il üçün qadağan olunmuş dopinqlərin siyahısı dərc edildi

2017-ci il üçün qadağan olunmuş dopinqlərin siyahısı dərc edildi

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ildə  idmançılar tərəfindən istifadəsi qadağan olunmuş maddələrin yenilənmiş siyahısını dərc edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında bildirilir.   

WADA-nın İcraiyyə Komitəsinin sentyabrın 21-də Lozannada keçirilən iclasında qəbul olunmuş siyahı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.    

WADA rəhbəri Kreyq Ridi idmançılar, məşqçilər və tibb mütəxəssislərinin yenilənmiş siyahı ilə tanış olmağa və qadağan olunmuş preparatların istifadədən çıxartmağa üç ay vaxtları olduğunu bildirib.

0
11