“Biz vətəndaşlarımızı bombalamırıq”

“Biz vətəndaşlarımızı bombalamırıq”

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri hökumət ordusunun əhaliyə qarşı əməliyyatlar aparması ilə bağlı ittihamları rədd edib.

“Suriya hökuməti mülki şəxsləri bombalamır. Bu insanlar bizim vətəndaşlarımızdır. Biz mülki şəxsləri bombalamırıq, biz dinc vətəndaşları öldürmürük. Biz humanitar karvanlara zərbələr endirmirik. Biz bunları etmirik. Bunu edənlər terrorçulardır”, - deyə o bildirib.

APA-nın  “Reuters”ə istinadən verdiyi xəbərə görə, Bəşər Cəfəri bu sözləri BMT TŞ-nin Suriyaya dair iclasından əvvəl jurnalistlərə deyib.

Qeyd edək ki, BMT baş katibi Pan Qi Mun bundan əvvəl dinc sakinlərin ölümünə görə məsuliyyəti Suriya hökumətinin üzərinə qoyub.

0
14