Fələstin lideri Şimon Peresin dəfnində iştirak edəcək

Fələstin lideri Şimon Peresin dəfnində iştirak edəcək

Fələstin prezidenti Mahmud Abbas İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Tel-Əvivə səfər edəcək.  

APA-nın xəbərinə görə, bu barədə “Reuters” Fələstin hökumətinə istinadən məlumat yayıb.

Qeyd edək, Tel-Əvivdə sentyabrın 27-də 94 yaşında vəfat etmiş Şimon Pereslə vida mərasimi keçirilir.  Vida mərasiminə bir çox ölkələrin liderləri qatılıb.

0
14