Tıxacdan bezib, avtomobilini satdı

Tıxacdan bezib, avtomobilini satdı

Türk aktrisa Hande Ataizi İstanbulda dayanacaq qiymətlərinin yüksək olması və yollarda bitməyən tıxaclar səbəbindən avtomobilini satıb.

Axşam.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 43 yaşlı aktrisa artıq metrodan istifadə etməyə başlayıb.

Akstrisa bildirib ki, hazırda özünü çox yaxşı hiss edir:

“Bol-bol gəzərək sağlamlığımı da qoruyuram. İstanbulda metro kimi rahat nəqliyyat vasitəsi olduğu halda avtomobil sürənləri başa düşə bilmirəm”.

Qeyd edək ki, Benjamin Harveylə evli olan H.Ataizi, avtomobili oğlu Leon doğulanda almışdı.

0
17