Kerri: “ABŞ-ın Suriya ilə müharibə etmək fikri yoxdur”

Kerri: “ABŞ-ın Suriya ilə müharibə etmək fikri yoxdur”

Kerri: “ABŞ-ın Suriya ilə müharibə etmək niyyəti yoxdur”

Bakı-APA.  ABŞ-ın Suriya ilə müharibə etmək niyyəti yoxdur, lakin İŞİD silahlılarına qarşı əməliyyatları davam etdirmək əzmindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“Diplomatik səyləri tənqid etmək asandır, lakin buna alternativ nədir? ABŞ Suriya ilə müharibə edəcək? Düşünmürəm ki, bu baş verəcək. Biz İŞİD-lə mübarizə aparırıq və bu müharibədə qələbə çalacağıq”, - deyə Kerri “Washington Ideas” forumunda bildirib.

O qeyd edib ki, ABŞ-ın  Suriyadakı vətəndaş müharibəsinə qarışmaq niyyəti yoxdur: “Bu Əsədlə müharibə etmək anlamına gələrdi”.

0
11