"Qarabağ" İtaliyadan darmadağın dönür

"Qarabağ" İtaliyadan darmadağın dönür

Ölkə çempionu “Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olub.

İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə çətin səfərdə ağır məğlubiyyətə üzülüb. Ağdamlılar matça fəal başlasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə bütün planları korlayıb.

İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub.

Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.

Avropa Liqası

Qrup mərhələsi

II tur

J qrupu

“Fiorentina” (İtaliya)- “Qarabağ” - 5:1

Qollar: Babakar, 39, 45+2, Kaliniç, 43, Zarate, 63, 78 - Ndlovu, 90

Qırmızı vərəqə: Elvin Yunuszadə, 30

Florensiya. “Artemio Franki” stadionu.

0
15