Kerri: ABŞ Rusiya ilə Suriyaya dair danışıqları dayandırmaq həddindədir

Kerri: ABŞ Rusiya ilə Suriyaya dair danışıqları dayandırmaq həddindədir

ABŞ Rusiya ilə Suriyadakı münaqişənin nizamlanmasına dair danışıqları dayandırmaq həddindədir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

Məlumata görə, Kerri bu sözləri “Washington Ideas” forumunda “ABŞ sentyabrın 9-da əldə olunan razılaşmaların icra olunması üçün Rusiyaya daha bir şans vermək niyyətindədirmi?” sualına cavabında bildirib.

“Xeyr, düşünürəm ki, biz diskussiyaları dayandırmaq həddindəyik. Bu Suriyadakı bombardmanlar fonunda daha məqsədəuyğundur. Bu, bizim digər alternativlər axtarmalı olduğumuz məqamlardan biridir”, - deyə Kerri qeyd edib.

S.B.

0
9