Avropa Liqası: Qol duelinin məğlubu "Qəbələ" oldu

Avropa Liqası: Qol duelinin məğlubu "Qəbələ" oldu

 “Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakıda Almaniyanın “Maynts” klubunu qəbul ediblər.

 İlk turda səfərdə “Anderlext”lə bacarmayan “Qəbələ”ni bu dəfə də çətin sınaqla üzləşib. Cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən “Qəbələ” ənənəni davam etdirə bilməyib: Roman Qriqorçukun yetirmələri 2:3 hesabı ilə məğlub olublar.

Təmsilçimiz bu görüşə itkilərlə çıxıb. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri “qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyib.

Avropa Liqası

Qrup mərhələsi

II tur

C qrupu

“Qəbələ” – “Maynts” (Almaniya) - 2:3

Qollar: Ruslan Qurbanov, 57 (pen.), Zenyov, 62 - Muto, 42, Kordoba, 68, Levin Öztunalı, 78

Baş hakim: Gediminas Majeyka

Bakı. 8-ci km qəsəbə stadionu

0
7