Bəsti Bəkirovanın oğlunun mediaya qapalı TOYUNDAN - FOTOLAR

Bəsti Bəkirovanın oğlunun mediaya qapalı TOYUNDAN - FOTOLAR

Tanınmış azərbaycanlı ifaçı, Dağıstanın əməkdar artisti Bəsti Bəkirova bu gün oğlu Elşənə toy edir. Lent.az-ın məlumatına görə, ifaçının oğlu paytaxt məkanlarının birində Diana adlı xanımla nikah masasına əyləşib. Hazırda davam edən məclisi əməkdar artist Çingiz Əhmədov açıq elan edərək, sözü B.Bəkirovaya verib. O, isə övladının xeyir işində həyəcanlı olduğunu deyib: “Bu gün çox sevincliyəm. İlk bala toyu görürəm. Oğluma və gəlinimə həyatda gözəl günlər arzu edirəm. Bir ana kimi arzum budur ki, xoşbəxt olsunlar. Allah hər bir valideynə bu gözəl günü görməyi nəsib etsin”.

Xatırladaq ki, gecədə xalq artisti Zümrüd Məmmədova, müğənnilərdən Manaf Ağayev, Sevil İsgəndərli, Nurlan Əzizbəyli, Faytonçu Nazim, Ruhəngiz Musəvi və başqaları da iştirak edir.

Qeyd edək ki, B.Bəkirova açıqlamasında oğlunun toyunun mediaya qapalı olacağını söyləmişdi.

0
72