UEFA prezidenti Bakıya gəlib

UEFA prezidenti Bakıya gəlib

AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin Avro-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün bu gün paytaxtımıza gəlib.

Lent.az-ın Trend-ə istinadən məlumatına görə, tədbir sentyabrın 30-da, saat 19:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xatırladaq ki, A.Çeferin Avropa Liqasının C qrupunda bu gün saat 19.00-da, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Mayns" (Almaniya) oyununu izləyəcək.

0
9